—
Bəli, Merzouga-da səhrada 1 gecə kampda qalacayıq.
—
Bu xüsusi turdur, bələdçi ilə birlikdə maks. 6 nəfər iştirak edəcək.
—
İlk 4 gün avtomobil icarəyə götürəcəyik, qalan günlər isə avtobus və qatardan istifadə edəcəyik.
—
Aviabilet, hotellər və səhər yeməyi, şəhərlərarası nəqliyyat, icarə avtomobil və bələdçi turun qiymətinə daxildir.
—
Şəhərdaxili nəqliyyat, icarə avtomobil üçün benzin və əlavə xərclər, qidalanma və digər şəxsi xərclər qiymətə daxil deyil.
—
Bəli, Rabatda 2 gecə çimərliklərdə dincələcəyik.
—
Hər otaqda 2 və ya 3 nəfər qalacaq. Tək qalmaq istəyən şəxs əlavə ödəniş etməklə qala bilər, əlavə ödənişin məbləği barədə əlaqə saxlayıb soruşa bilərsiniz.
—
Biz tur proqramını yalnız tura qoşulan iştirakçılarla paylaşırıq. Əmin ola bilərsiniz ki, mütləq görməli yerləri tur boyu görəcəksiniz.
—
Biz hotellərin adını açıqlamırıq. Hər zaman ən keyfiyyətli və münasib balanslı hotelləri seçirik.
—
Bəli, aviabiletin qiyməti gün yaxınlaşdıqca artır və bu turun qiymətinə təsir edəcək.
—
Aşağıdakı tura qeydiyyat düyməsinə keçid edərək tura qoşula bilərsiniz.